Avropanı yeni qaz krizisi gözləyir- SENSASİON MƏLUMAT

Avropada qaz ehtiyatlarının sürətlə azalması və Rusiya ilə olan təchizatın mümkün azaldılması fonunda yeni bir qaz böhranı təhlükəsi yaranıb.

Geosiyasi gərginliyin artması ilə bağlı bu il qaz qiymətləri 45% artıb.

Musavat.com-un Bloomberg-ə istinadən verdiyi məlumata görə, qışın başlaması ilə birlikdə Avropada qaz tələbi artıb, çünki insanlar daha çox istilik üçün qaz istifadə edir.

Eyni zamanda külək enerjisi stansiyalarının zəif işləməsi səbəbindən elektrik istehsalı üçün bu mənbə tam istifadə edilə bilmir. Bu vəziyyət qaz tələbinin daha da artmasına səbəb olub​

23.11.2024 13:37
358