"Avropada silah anbarları boşalıb" - Slovakiyanın keçmiş baş naziri

"Avropadakı silah anbarları xaraba qalıb və onların doldurulması 5-10 il çəkəcək".

Musavat.com xəbər verir ki, bu fikri bazar günü Slovakiyanın keçmiş baş naziri və "Səs - sosial demokratiya" partiyasının lideri Peter Pelleqrini deyib.

“Avropada silahlı]anbarlar boşaldılıb, bütün ordu silah təchizatını artırmalıdır. Bu, 5-10 illik işdir”, - deyə siyasətçi bildirib.

Onun sözlərinə görə, Slovakiya resurs çatışmazlığı səbəbindən artıq Ukraynaya əhəmiyyətli hərbi yardım göstərə bilməyəcək.

Musavat.com

 

12.06.2023 12:12
505