Avropada qazın qiyməti 17 faiz azalıb

2024-cü ilin yanvar-mart aylarında Avropada qazın qiyməti 17 faiz azalaraq min kubmetr üçün təxminən 306 dollar təşkil edib.

Musavat.com xəbər verir ki, London ICE fyuçers birjasının məlumatlarına görə, azalmaya gətirən əsas amillər havaların isti olması, yüksək qaz ehtiyatları və Aİ-də qaza tələbatın azalmasıdır.

Bundan əlavə, bu il Aİ-nin elektrik enerjisi istehsalında külək istehsalının payı 2023-cü ilə nisbətən daha yüksəkdir. Nəticədə əgər 2023-cü il dekabrın 29-da qaz fyuçersləri min kubmetr üçün 367 dollar civarında satılırdısa, martın 28-də ticarət 306 dollarda bağlandı - ilin əvvəlindəki qiymətdən 17 faiz aşağı.

2023-cü ilin dekabrında Avropada qazın orta qiyməti min kubmetr üçün təxminən 408 dollar təşkil edib. Sonra tədricən azalma müşahidə olundu: yanvarda 337 dollara (illik ifadədə 53 faiz aşağı), fevralda 288 dollara (-51 faiz), martda 302 dollara (-38 faiz).

Hazırda Avropanın qaz anbarları ilin bu vaxtı üçün rekord səviyyədə - 59 faiz doludur.

Musavat.com

30.03.2024 19:01
869