Avropada pərakəndə satışlar 10-cu dəfə azaldı

Bu ilin iyulunda Avrozonada pərakəndə satışlar iyunla müqayisədə 0.2 faiz azalıb.

Musavat.com Avropa Statistika İdarəsinin göstəricilərinə əsasən xəbər verir ki, iyunda pərakəndə satış həcmlərində 0,2 faiz artım qeydə alınmışdı.

O cümlədən iyulda Avrozonada avtomobil yanacağı satışı 1,2 faiz azalıb, qida məhsulları, içkilər və tütün məmulatlarının satışı 0,4 faiz, qeyri-ərzaq məhsullarının satışı isə 0,5 faiz artıb.

Avrozonanın ən böyük iqtisadiyyatına malik Almaniyada satışlar 0,8 faiz azaldığı halda Fransada 0,4 faiz, İspaniyada isə 0,2 faiz artıb.

İllik ifadədə Avrozonada pərakəndə satışlar 1 faiz azalıb. Bu göstərici 10-cu aydır ki, ardıcıl olaraq azalır.

Musavat.com

06.09.2023 19:52
535