Avropa İttifaqının ən böyük siyasi qüvvələrindən biri olan Avropa Xalq Partiyası Ursula fon der Lyayeni 2024-2029-cu illər üçün Avropa Komissiyasının rəhbəri vəzifəsinə namizəd kimi irəli sürəcək.
Musavat.com xəbər verir ki, bu barədə partiyanın rəhbəri Manfred Veber Avropa Parlamentində keçirdiyi mətbuat konfransında məlumat verib:
“Avropa Xalq Partiyası Ursula fon der Lyayeni Avropa Komissiyasının növbəti sədri vəzifəsinə namizəd kimi dəstəkləyir”.
Xatırladaq ki, xanım Lyayen ötən həftə yenidən Avrpopa Komissiyasının prezidenti olmaq niyyətini açıqlayıb.
Musavat.com