Avropa Komissiyası Ukraynanın qaz anbarlarından ehtiyatların toplanması üçün istifadə etdiklərini rəsmən açıqlayıb.
Musavat.com xəbər verir ki, bu barədə Komissiya rəhbərinin müavini Maroş Şefçoviç X (Twitter)hesabında yazıb. O bildirib ki, bu addım Avropanın enerji təhlükəsizliyinin təmin olunması üçün atılıb: “Mən Avropa qaz treyderlərinin Ukraynanın qaz anbarlarından getdikcə daha çox istifadə etmələrini alqışlayıram. Bu, Avropanın enerji təhlükəsizliyini gücləndirəcək”.
Şevçovoicin sözlərinə görə, buna Avropa İttifaqı-Ukrayna birliyi ilə treyderlər arasında aktiv dialoq nəticəsində nail olunub.
Qeyd edək ki, avqustun 2-də Ukraynanın qaz şəbəkəsi operatoru bəyan edib ki, iyul ayı ərzində Avropa şirkətlərinin onların anbarlarına saxlanc üçün yığdıqları qazın həcmi 600 milyon kubmetrə çatır. Şirkətin açıqlamasında qeyd olunur ki, Avropada anbarların 85 faizdən yuxarı doldurulması şirkətlərə getdikcə daha çox qazı Ukrayna anbarlarında saxlamağa imkan verir.
Xatırladaq ki, bundan əvvəl Bloomberg Avropa məmurları və qaz treyderlərinə istinadən məlumat yaymışdı ki, Avropa İttifaqı qitədə ən böyük tutumlu anbarlara sahib Ukraynanın bu imkanlarından qız hazırlığı üçün istifadə etmək niyyətindədir. Aprel ayında Ukrayna anbarlarının operatoru olan “Ukrtransqaz” Avropa İttifaqı qaydaları əsasında sertifikasiyadan keçib. Bu, Ukraynanın anbarlarının yarısından Avropanın istifadəsinə imkan yaradır.
Ukrayna mətbuatının məlumatına əsasən ölkənin 2 km yerin dərinliyində yerləşən qaz anbarlarının tutumu 30 milyard kubmetrdən yuxarıdır. Bu isə Avropanın orada 15 milyard kubmetrə qədər qaz toplamasına şərait yaradır.
Avropa Komissiyası Ukrayna ərazisindəki hərbi əməliyyatları nəzərə alaraq onun anbarlarına qaz toplayan şirkətləri sığortalayan sığorta şirkətlərinə əlavə təminat verir.
Musavat.com