İyunun 20-də İran, Fransa, Almaniya və Böyük Britaniyanın xarici işlər nazirləri İsveçrənin Cenevrə şəhərində görüşəcəklər.
Musavat.com xəbər verir ki, məlumatı The Gurardian qəzeti yayıb.
Bildirilir ki, Böyük Britaniya, Fransa və Almaniyanın xarici işlər nazirləri İranın xarici işlər naziri Abbas Əraqçi ilə görüşməyi planlaşdırır: “Bu, İsrailin İranı beş günlük bombardman etməsindən sonra diplomatik sıçrayış ola bilər".
Eyni zamanda, qəzet vurğulayır ki, "görüşün cümə günü Cenevrədə keçirilməsi planlaşdırılır, lakin indiyədək onun keçirilməsinə razılıq barədə İrandan yekun siqnal olmayıb".
Ötən həftə İsraillə İran arasında qarşıdurmanın kəskinləşməsindən bəri İran hakimiyyəti Qərb ölkələrinin nümayəndələri ilə görüşməyib. Bundan əlavə, Əraqçi qeyd edib ki, İsrail hava hücumlarını dayandırmayana qədər ABŞ prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoffla görüşə bilməz.
“The Guardian” yazır ki, cümə günü Cenevrədə keçiriləcək danışıqlardan əvvəl Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi ABŞ dövlət katibi Marko Rubio ilə görüşəcək.
Əraqçi İRNA-ya Cenevrəyə gedəcəyini təsdiqləyib.
Musavat.com