Avropa üçlüyünün nümayəndələri də İstanbulda olacaq

İyunun 2-də İstanbulda Ukrayna üzrə keçiriləcək danışıqlarda Almaniya, Fransa və Böyük Britaniyadan təhlükəsizlik üzrə müşavirlər iştirak edəcək.

Musavat.com xəbər verir ki, bunu ABC News-a ABŞ prezidentinin xüsusi elçisi Keyt Kelloq deyib.

Onun sözlərinə görə, danışıqlar Londonda aparılarkən məhz Avropa üçlüyü Ukrayna ilə bağlı müddəaların formalaşmasına kömək edib.

ABŞ Dövlət Departamentinin mətbuat katibi Temmi Bryus isə bildirib ki, Donald Tramp Vladimir Putini hərəkətlərinə görə mühakimə edir.

İndi o, “son dərəcə məyusdur” çünki sülh danışıqları davam edərkən, Rusiya Ukraynada dinc insanları qətlə yetirir: "Və bu, bu ölkənin liderlərinin, düzünü desək, azad dünyanın liderlərinin danışıqlar aparmağın mümkün olub-olmaması ilə bağlı verəcəyi mühakimədir. Və hesab edirəm ki, bu halda biz dəqiqə-dəqiqə əsasında qərar verməliyik".

O əlavə edib ki, ABŞ İstanbulda mümkün görüşün baş tutacağına ümid edir.

Musavat.com

30.05.2025 08:47
497