Avropa şirkətləri sanksiyalar tətbiq edilənə qədər Rusiya təbii qazını almağa davam edəcək.
Musavat.com TASS-a istinadən xəbər verir ki, bunu Brüsseldə keçirdiyi mətbuat konfransında Avropanın enerji məsələləri üzrə komissarı Kadri Simson deyib.
“Şirkətlər indi Rusiya qazını almağa davam etmək üçün hər cür qanuni yollara malikdirlər və bu, sanksiyalar bunu qadağan edənə qədər belə qalacaq. Müharibə davam edərkən biz ilk növbədə Ukraynanın bərpasına kömək etməliyik, ikincisi, biz sanksiyaları davam etdirməliyik. Ona görə təbii qazla bağlı hələlik heç bir sanksiya yoxdur”, - deyə Simson bildirib.
Nigar HƏSƏNLİ,
Musavat.com