Anbarlarına indiyədək görünməmiş həcmdə - 99,62 faiz qaz yığan Avropa bu il ehtiyatlardan istifadəyə keçən ilkindən bir az tez başlayıb.
Gas Infrastructure Europe-nin məlumatına əsasən noyabrın 7-də ehtiyatlar 0,02 faiz bəndi azalıb. Ötən il isə anbarlardan netto istifadəyə noyabrın 14-dən başlanmışdı.
Hazırda Avropada külək enerjisi istehsalı normadan bir qədər yuxarı olaraq qalır. WindEurope assosiasiyası noyabrın 8-də regionun elektrik enerjisinə olan tələbatının 23 faizinin külək turbinləri ilə təmin olunduğunu açıqlayıb. 2022-ci ilin noyabrında göstərici 19 faiz, 2023-cü ilin oktyabrında 20 faiz təşkil edib.
Noyabrın 8-də Avropada qazın spot qiyməti 2 faiz artıb. Hollandiyadakı TTF qovşağında bir gün sonra çatdırılma müqaviləsi üzrə qiymət min kubmetr üçün 483 dollar səviyyəsində bağlanıb.
Avropa maye qaz terminalları noyabrın əvvəlindən bu yana 56 faiz potensialı ilə işləyir.
Musavat.com