Avropa Parlamentindən AMİP-ə dəvət MƏKTUBU GÖNDƏRİLDİ

6-9 iyun tarixləri aralığında Avropa İttifaqına üzv olan ölkələrdə Avropa Parlamentinə növbəti seçkilər keçiriləcək.

Musavat.com xəbər verir ki, Azərbaycan Milli İstiqlal Partiyasının uzun illərdən bəri əməkdaşlıq etdiyi İsveçin hazırda hakimiyyətdə olan Moderat partiyası Avropa Parlamentinə keçiriləcək seçkiləri müşahidə etmək üçün AMİP rəhbərliyinə dəvət məktubu göndərib.

Bu məqsədlə Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə və beynəlxalq əlaqələr üzrə sədr müavini Elşən Mustafayev 7-10 iyun tarixlərində İsveçin Stokholm şəhərində səfərdə olacaqlar.

Səfər çərçivəsində Moderat partiyasının rəhbərliyi, İsveç parlamentinin üzvləri, Moderat partiyasından Avropa Parlamenti üzvlüyünə namizədlərlə görüşlərin keçiriləcəyi, həmçinin, 9 iyun axşamı seçkilər başa çatdıqdan sonra Moderat partiyasının Mərkəzi Seçki Qərərgahında ölkə üzrə yekun nəticələr məlum olanadək seçkilərin nəticələrini canlı izləmə tədbirində və yekun brifinqdə iştirak nəzərdə tutulub.

Musavat.com

06.06.2024 14:37
1565