Avropa Parlamentində Azərbaycandakı mina problemi ilə bağlı müzakirələr keçirilib

Avropa Parlamentində Ermənistanın işğal dövründə Azərbaycan ərazilərində basdırdığı mina problemi ilə bağlı müzakirələr keçirilib.

Musavat.com “Report”a istinadən xəbər verir ki, Azərbaycanın Avropa İttifaqı yanındakı Nümayəndəliyinin rəsmiləri müzakirələrdə iştirak ediblər.

Tədbirdə Avropa İttifaqının qonşuluğunda minalarla mübarizə məsələsi gündəmə gətirilib.

Tədbirin məqsədlərindən biri Azərbaycan və Bosniya və Herseqovina nümunəsi ilə mövcud təhlükənin miqyasını araşdırmaq olub.

23.06.2022 17:03
240