Avropa Mərkəzi Bankı faiz dərəcələrini artırmağı planlaşdırır

“Avropa Mərkəzi Bankı (ECB) iyul iclasında əsas faiz dərəcələrini 25 baza bəndi artırmaq niyyətindədir”.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bunu ECB-nin prezidenti Kristin Laqard bildirib.

“Biz iyul ayında keçiriləcək pul siyasəti ilə bağlı iclasımızda ECB-nin əsas faiz dərəcələrini 25 baza bəndi artırmaq niyyətindəyik”, - o, Avropa Parlamentinin komitəsində deyib.

20.06.2022 19:50
483