Avropa Mərkəzi Bankı Avrozonada iqtisadi artıma dair gözləntisini açıqladı

Avropa Mərkəzi Bankı (AMB) 2024-cü ildə Avrozona ÜDM-in artımı ilə bağlı proqnozuna dəyişiklik edib.

Musavat.com Bankın sentyabr iclasının yekununa dair press-relizə istinadən xəbər verir ki, proqnoz iyundakı 0,9 faizdən 0,8 faizə endirilib.

Bundan əlavə, gələn il üçün gözləntilər 1,4 faizdən 1,3 faizə, 2026-cı il üçün 1,6 faizdən 1,5 faizə qədər endirilib.

Bu arada, ECB istehlak qiymətlərinin artımı ilə bağlı təxminlərini dəyişməz saxlayıb: bu il 2,5 faiz, 2025-ci ildə 2,2 faiz və 2026-cı ildə isə 1,9 faiz.

 

Musavat.com

13.09.2024 01:12
222