İlk yayın vaxtı 21:47
"Qarabağ" UEFA Avropa Liqasının V turunda "Lion"a məğlub olub
Musavat.com bildirir ki, "Qarabağ" UEFA Avropa Liqasının Liqa mərhələsinin V turunda Fransanın "Lion" klubuna 1:4 hesabı ilə məğlub olub.
Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən qarşılaşmada hesabı 15-ci dəqiqədə qonaqlar açıb. Jorj Mikautadze ilk qolun müəllifi olub. 63-cü dəqiqədə fərq iki topa yüksəlib, Korentin Tolisso fərqlənib. 68-ci dəqiqədə isə yenə Tolisso "Qarabağ"ın qapısına yol tapıb. 80-ci dəqiqədə Jorj Mikautadze dubl edərək hesabı 4:0-a çatdırıb. Matçın yekununu isə "Qarabağ"ın hücumçusu Juninyo 87-ci dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirərək müəyyənləşdirib.
Qeyd edək ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv növbəti Avropa Liqası oyununu dekabrın 12-də İsveçin "Elfsborg" klubuna qarşı keçirəcək.
***
***
"Qarabağ" - "Lion" oyununda beşinci qol vurulub
Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən matçın 87-ci dəqiqəsində "Qarabağ"ın oyunçusu Juninyo penalti zərbəsini dəqiq yerinə yetirərək hesabı 4:1-ə çatdırıb.
***
"Qarabağ" - "Lion" oyununda dördüncü qol vurulub.
Matçın 80-ci dəqiqəsində qonaq komandanın oyunçusu Jorj Mikautadze dubl edərək hesabı 4:0-a çatdırıb.
***
"Qarabağ" - "Lion" oyununda üçüncü qol vurulub
UEFA Avropa Liqasının Liqa mərhələsinin V turunda "Qarabağ" və "Lion" arasında keçirilən qarşılaşmada üçüncü qol qeydə alınıb.
Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutan matçın 68-ci dəqiqəsində qonaq komandanın oyunçusu Malik Fofana hesabı 3:0-a çatdırıb.
"Qarabağ" - "Lion" oyununda ikinci qol vurulub
UEFA Avropa Liqasının Liqa mərhələsinin V turunda "Qarabağ" və "Lion" arasında keçirilən qarşılaşmada ikinci qol qeydə alınıb.
Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən oyunun 63-cü dəqiqəsində qonaq komandanın oyunçusu Tolisso hesabı 2:0-a çatdırıb.
Matç serbiyalı baş hakim Nenad Minakoviçin idarəçiliyi altında davam edir.
"Qarabağ" - "Lion" oyununda ilk qol vurulub
UEFA Avropa Liqasının Liqa mərhələsinin V turunda "Qarabağ" və "Lion" arasında keçirilən qarşılaşmada hesab açılıb.
Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən oyunun 15-ci dəqiqəsində qonaq komandanın oyunçusu Jorj Mikautadze hesabı dəyişib.
Görüşü serbiyalı baş hakim Nenad Minakoviç idarə edir.
***
"Qarabağ" UEFA Avropa Liqasının V turunda "Lion"u qəbul edir
UEFA Avropa Liqasının Liqa mərhələsinin V turunda "Qarabağ" və Fransanın "Lion" komandaları arasında qarşılaşma start götürüb.
Oyun Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilir və matçın idarəsini serbiyalı baş hakim Nenad Minakoviç həyata keçirir.