Avropa Komissiyası büdcəni doldurmağın başqa yolunu tapıb

Avropa Komissiyası Rusiyanın dondurulmuş aktivlərindən dividendlər alan təşkilatları mənfəətin böyük hissəsini Avropa İttifaqının büdcəsinə yönəltməyə məcbur etməyi planlaşdırır.

Musavat.com xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.

Həmsöhbətlər əlavə ediblər ki, avropalı siyasətçilərin qərarının təşkilatın büdcəsinə bir neçə milyard avro gətirəcəyi gözlənilir. Rusiyanın aktivlərinin ümumi məbləği 200 milyard avro təşkil edir. Eyni zamanda, Rusiyanın ələ keçirilən aktivlərinin çoxu nağd pul və depozitlərdə, qalanı isə istiqrazlardadır.

Məlumdur ki, qiymətli kağızların əsas hissəsi Belçikanın "Euroclear" depozitarında saxlanılır. Bu ilin birinci rübündə maliyyə qrupunun Rusiya aktivlərindən mənfəəti 750 milyon avro təşkil edib. Rusiya aktivlərinin faizlərinin müsadirə edilməsi təşəbbüsü dəstəklənərsə, bu, demək olar ki, 3 milyard avro gəlir gətirə bilər.

Musavat.com

 

17.09.2023 14:31
481