Avropa Komissiyası “Amazon”a qarşı məhkəməni uduzdu  

 

Lüksemburqdakı Avropa Məhkəməsi Avropa Komissiyasının Amerikanın internet nəhəngi “Amazon” şirkətinə qarşı iddiasını rədd edib.  Musavat.com “Agence France-Presse” (AFP) istinadən xəbər verir ki, Avropa Komissiyası Lüksemburqda “Amazon”a 250 milyon avro dəyərində vergi güzəştlərinin tətbiqini haqsız rəqabətə gətirən dövlət dotasiyası kimi qiymətləndirilməsini istəyirdi.

Aşağı instansiya məhkəməsi 2021-ci ilin mayında Brüsselin iddiasının əsassız olduğuna dair qərar çıxarıb. Nəticədə, Avropa Komissiyası Avropa Məhkəməsinə üz tutub. Məhkəmə təsdiq edib ki, ABŞ şirkəti Brüsselin qeyri-qanuni dövlət subsidiyaları hesab etdiyi Böyük Hersoqluğun 2017-ci ildə ona verdiyi vergi güzəştlərinə uyğun olaraq vəsaitləri geri qaytarmağa borclu deyil.

AK prezidentinin müavini Marqret Vestagerin bundan əvvəl bildirmişdi ki, Lüksemburqun “Amazon”a verdiyi qeyri-qanuni vergi güzəştləri sayəsində şirkətin mənfəətinin demək olar ki, dörddə üçü vergiyə cəlb edilməyib. Onun sözlərinə görə, bu, Aİ-nin dövlət yardımı qaydalarına uyğun olaraq qeyri-qanuni təcrübədir.

Məhkəmənin qərarından aydın olur  ki, AK-nin bu işə yanaşması yalnız İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) prinsiplərinə əsaslanıb. Halbuki Lüksemburq vergi qərarının qəbulu zamanı bu prinsiplərə istinad etməyib.

 

Musavat.com

14.12.2023 18:24
371