Avropa Komissiyası ABŞ Konqresinə Ukraynaya yardımla bağlı çağırış edib

Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Lyayen ABŞ Konqresini Ukraynaya yardım paketini, nəhayət, təqdim etməyə çağırıb.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, Ursula fon der Lyayen ABŞ Konqresinin Ukraynaya hərbi yardımları bir müddətdir, yubatdığını xatırladıb:

“Ukrayna dünyanın bütün azad ölkələrinin dəstəyinə layiqdir. Mən indi ABŞ Nümayəndələr Palatasına birmənalı olaraq çağırış edirəm ki, Ukraynaya yardım paketini qəbul etsinlər”.

Qeyd edək ki, ABŞ-ın Ukraynaya yardımları maliyyələşdirmək üçün yeni vəsaitlərin ayrılması məsələsi Konqresdə ötən ilin payızından müzakirə olunur.

15.04.2024 15:20
313