Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Toivo Klaar aprelin 3-də Azərbaycana səfər etməyi planlaşdırır.
Musavat.com bildirir ki, bu barədə mətbuatda məlumat yayılıb və erməni mediasının da diqqətini çəkib.
Məlumatlı mənbələrdən Azeri Daily-yə verilən məlumata görə, Klaar Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi ilə birgə Avropa gənclərinin səfiri kimi Bakıda keçiriləcək Euro Club-ın açılış mərasimində iştirak etmək üçün gələcək. Qeyd olunur ki, Toivo Klaar sonuncu dəfə martın 5-də Azərbaycanda olub.
Musavat.com