Avropa İttifaqı vəd etdiyi 1 milyon mərminin 650 minini Ukraynaya çatdırıb – Borrel

Avropa İttifaqı indiyədək Ukraynaya 43 milyard avrodan çox hərbi yardım edib.

Musavat.com xəbər verir ki, bunu Avropa İttifaqının xarici diplomatiya üzrə rəhbəri Josep Borrell deyib.

O, Aİ xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündən sonra keçirilən mətbuat konfransında deyib: “Bu gün bizim hərbi dəstəyimiz 43 milyardı ötüb - 43,5 milyard olub”.

Onun sözlərinə görə, mülki sahədə yardım da nəzərə alınarsa, yekun rəqəmlər xeyli yüksək olacaq - 100 milyard avrodan çox: "Və biz döyüş sursatı tədarükünü davam etdiririk. İndi 1 milyon artilleriya sursatının ötürülməsi üzrə ilkin planımızın 65 faizinə nail olmuşuq".

O, əmin edib ki, yayda bu proses sürətlənib, Aİ müdafiə sənayesi tam sürətlə işləyir.

 

Musavat.com

31.08.2024 01:09
233