Avropa İttifaqı Türkiyənin 9 şirkətinə sanksiya tətbiq etdi

Rusiyaya qarşı 14-cü sanksiya paketi çərçivəsində Avropa İttifaqı 19 Çin və 9 Türkiyə şirkətinə qarşı da məhdudlaşdırıcı tədbirlər tətbiq edib.

Musavat.com xəbər verir ki, bu məlumatı Aİ-nin yüksək rütbəli rəsmisi Brüsseldə jurnalistlərə açıqlayıb.

Onun sözlərinə görə, qara siyahıya xüsusilə Çindən 19, Türkiyədən 9, Hindistandan 1, Qazaxıstandan isə daha 1 şirkət daxil edilib. Bu şirkətlər Rusiyaya sanksiyalardan yayınmaqda yardım edirlər.

Musavat.com

24.06.2024 17:29
1462