Avropa İttifaqı ticarət komissarını ABŞ-a göndərir: Trampı fikrindən döndərə biləcəkmi?

Avropa İttifaqının ticarət komissarı Maros Şefçoviç fevralın 17-də Vaşinqtona səfər edəcək.

Musavat.com xəbər verir ki, məlumatı "Reuters" Avropa Komissiyasına istinadən yayıb.

Qeyd olunur ki, səfərin məqsədi amerikalı həmkarlarla ABŞ-ın təhdid etdiyi tariflərə həsr olunacağı gözlənilən görüşlərdir.

ABŞ prezidenti Donald Tramp martın 12-dən etibarən bütün polad və alüminium idxalına 25 faizlik gömrük rüsumları və aprel ayında “cavab” tarifləri tətbiq etməyi planlaşdırır.

Bu tədbirlər Aİ-nin ABŞ-a avtomobil ixracına mənfi təsir göstərə bilər.

Bu həftənin əvvəlində amerikalı həmkarları ilə ilk telefon danışığı aparan Şefçoviç çərşənbə günü "American Enterprise Institute" beyin mərkəzində çıxış etməlidir.

Musavat.com

16.02.2025 00:08
304