Avropa İttifaqı Rusiyanın əsas almaz istehsalçısı olan ALROSA ASC və onun baş direktoru Pavel Marinıçevə qarşı sanksiya tətbiq edib.
Aİ-nin bununla bağlı yaydığı məlumatda vurğulanır ki, bu məhdudiyyətlər Rusiyaya qarşı sanksiyaların 12-ci paketi çərçivəsində əvvəllər Rusiyadan brilyant idxalına qoyulmuş qadağanı tamamlayır.
Xəbər verdiyimiz kimi, birbaşa qadağa 2024-cü il yanvarın 1-dən qeyri-sənaye xarakterli təbii və sintetik brilyantlara, eləcə də almaz zinət əşyalarına təsir edəcək. Üçüncü ölkələrdə emal edilən brilyantlara, o cümlədən Rusiyadan olan almazlı zərgərlik məmulatlarına dolayı qadağa martın 1-dən tədricən tətbiq olunacaq və 2024-cü il sentyabrın 1-dək başa çatdırılacaq.
İyul ayında Marinıçev ABŞ-ın sanksiya siyahısına daxil edilib, ALROSA isə 2022-ci ilin aprelindən bu siyahıdadır.
Musavat.com