Avropa İttifaqı Rusiya sülhməramlılarının Qarabağdan çıxarılması haqqında qərarı necə qiymətləndirir?
Musavat.com xəbər verir ki, "Turan" Agentliyinin bu sualına Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti Xidmətinin mətbuat katibi Peter Stano belə cavab verib:
"Biz onu deyə bilərik ki, Rusiya qoşunlarının Azərbaycandan çıxarılması haqqında məlumatı diqqətə alırıq. Və əlavə edirik ki, Aİ əvvəlki kimi Ermənistan və Azərbaycan arasında sülh prosesini dəstəkləməyə sadiqdir".