Avropa İttifaqı İranı təhdid edir, İran da Zəngəzur dəhlizini – “qonşu qonşu olsa...” misalı


Avropa İttifaqı “Rusiyaya ballistik raketlər tədarük etdiyi” üçün İrana qarşı yeni sanksiyalar tətbiq etmək niyyətindədir.

Bu barədə “RİA Novosti” Avropa diplomatiyasının rəhbəri Xosep Borrelin bəyanatına istinadən məlumat yayıb. Məntiq onu deyir ki, İran gözlənilən növbəti sanksiyalara görə hirsini-hikkəsini Avropa İttifaqının üzərinə tökməlidir. Amma biz nə görürük: bəli, müsəlman qonşumuz son günlər davamlı şəkildə Azərbaycan və Rusiya əleyhinə fəaliyyətdədir. Səbəbi Zəngəzur dəhlizidir.

Əslində, İranın İrəvandakı səfiri – faktiki olaraq o, özünü Ermənistanın diplomatı kimi aparır – heç olmasa indiki situasiyada Avropa İttifaqının 209 nəfərlik casus şəbəkəsinin Ermənistanı tərk etməsi barədə məsələ qaldırmalıdır.

Xoş zəng gəldi, İrəvana gedirəm - Rəvançi - GlobalInfo.az

Necə ki, Bakı və Moskva məhz bunu tələb edir, çünki Aİ missiyası, əslində, mülki deyil, mülki libaslı hərbçi və casusların toplusudur. Özü də bu missiyanın fəaliyyəti təkcə Azərbaycan, Rusiya və Türkiyəni deyil, həm də İranı təhdid edir. Bəlkə də İrana qarşı daha böyük təhdid planı var, amma bunu araşdırmaq bizim işimiz deyil, zəhmət çəksin Mehdi Sübhani araşdırsın.

İran Ermənistandakı casus şəbəkəsinə, üstəlik Borrelin sanksiya anonsuna görə Brüsseli ittiham etmək, onun üstünə getmək əvəzinə, Aİ-nin qərəzli hücumlarına məruz qalan Azərbaycanı təhdid edir. Ola bilsin Tehranda düşünürlər ki, belə bir mövqe sərgiləməklə brüsseldəkiləri neytrallaşdıra biləcəklər, anti-Azərbaycan cəbhəsində dayanmaları onları sanksiyalardan xilas edəcək, amma yanılırlar. Qərb paytaxtları əbəs yerə növbəti toqquşmaların ünvanı olaraq seçdiyi regionumuza soxulmağa cəhd göstərmir ki...Masada İran planı var, cənub qonşumuz unutmasın! Azərbaycana qarşı Qərbin təzyiqləri həm də ölkəmizin bu planda yer almaqdan imtinası, üçüncü ölkələrə ərazilərimizdən İrana qarşı istifadəyə imkan verməməyimizlə bağlıdır! İranda bu reallığı bilmirlərsə, çox pis, bilib, situasiyaya uyğun davranış ortaya qoymurlarsa, ağı qaradan seçmək imkanında deyillərsə, ondan da pis!
Azərbaycan dövləti, onun lideri bölgəni bəlalardan xilas etmək istəyir. 3+3 formatında əməkdaşlıq ideyasını irəli sürüb, komunikasiyaların bərpasını, işlək hala gətirilməsini, təhlükəsizlik zolağının region ölkələrini əhatə etməsini zəruri sayır. Amma bu qədər xoş məramın qarşılığında yenə də bəd əməllərlə, planlarla üzləşirik.

Azərbaycan– Avropa İttifaqı - Azerbaijan.az

Ötən çərşənbə axşamı Avropa İttifaqının xarici siyasət xidmətinin rəsmi nümayəndəsi Piter Stano bildirib ki, Brüsseldə İranın Rusiyaya raket tədarükü ilə bağlı “etibarlı məlumat” var və Aİ diplomatiyasının rəhbəri Josep Borrell Aİ ölkələrinə bu cür tədarüklərə cavab olaraq İrana qarşı tədbirlər görülməsinə dair təkliflər veriblər. “Aİ İrana qarşı yeni məhdudlaşdırıcı tədbirlər, o cümlədən İranın ballistik raket və pilotsuz uçuş aparatları proqramlarında iştirak edən şəxslərin və təşkilatların siyahıları daxil olmaqla, dərhal və beynəlxalq tərəfdaşlarla koordinasiyalı şəkildə cavab verəcək nəzərə alınır”, - sənəddə bildirilir. Amerikanın CNN telekanalı mənbələrə istinadən yaydığı məlumatda isə deyilir ki, sentyabrın 6-da iddia edib ki, İran Ukraynada döyüş əməliyyatlarında istifadə etmək üçün Rusiya Federasiyasına yaxın mənzilli ballistik raketlər ötürüb. Düzdür, İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Nasser Kanaani Amerika mediasının Tehranın Ukraynada keçirilən xüsusi əməliyyat zamanı istifadə üçün Rusiyaya silah verməsi ilə bağlı bəyanatlarını təkzib edib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bazar ertəsi bildirib ki, hər dəfə belə məlumat reallığa uyğun gəlmir.
İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi deyib ki, Moskva və Tehran arasında ikitərəfli əməkdaşlığı Ukrayna münaqişəsi ilə əlaqələndirmək cəhdi Qərbin Kiyevə davamlı silah tədarükünü əsaslandırmağa hesablanıb.

Amma nə olsun? Qərbdəki bəlli paytaxtlar “qulaqları kəsəndən sonra sayırlar”. Necə ki, “kimyəvi raket” adı ilə İraqa ordu yeritdilər, sonra dedilər ki, “cüzi səhvə yol vermişik”. Milyonlarla iraqlının taleyi alt-üst oldu, ölkənin özü kimi...

İndi İran nəzərə almalıdır ki, hətta Rusiyaya raketlər verməsə belə, artıq təbliğat müharibəsində uduzub və onunla bağlı “B” planının işə salınması gözləniləndir. Qərb Rusiyanı Ukrayna cəbhəsində tamamilə əldən salmağa çalışır, həm də reputasiyasını qorumaq naminə bu savaşda uduzmaq niyyətində deyil. Belə olduğu halda, İranın Rusiyaya göndərdiyi hər patron belə, Qərbə açılan savaş kimi qiymətləndirilir. Deməli, İranın da başını hansısa miqyasda qarışdırmaq zərurəti yarana bilər. Ölkə daxilində tez-tez terror aktlarının törədilməsi, elə bu gün Bəlucistan bölgəsində polislərin qətlə yetirilməsi kimi hadisələr də daxildə çaxnaşma yaratmağa hesablanıb.

Сегодня Иран — одна из самых самодостаточных стран не только региона, но и  мира» - HSE Daily

Yaxşı olar ki, İran dostu ilə düşmənini ayırd eləsin. Azərbaycanla səfirlik olayından sonrakı müddətdə yaşanan gərginlik yeni aradan qaldırılıb, yenidən əvvəlki “not”ları səsləndirmək heç yaxşı perspektv vəd etmir. Məşhur misal var: “Qonşu qonşu olsa...” Həm də axı, Azərbaycanın da səbrinin həddi-hüdudu var. Bu ölkədə yaşayan 50 milyon türkün taleyinə görə narahatıq həm də. Bir gün İran zərbələrə tuş gələcəksə, bölgə qaynayacaq, həm də hər burnu qanayan soydaşlarımıza görə biz narahat olacağıq.

Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan Rusiya baş nazirinin müavini Aleksey Overçuku qəbul edib. Heç şübhəsiz Zəngəzur dəhlizi də müzakirə olunub. İranın Zəngəzur ideyasına qarşı çıxması nəticəsiz başa çatacaq, buna əminik. Avropadan Asiyaya qədər çoxsaylı ölkələrin maraq dairəsində olan 43 km-lik dəhliz – qapını əbədi bağlı saxlamağa İranın gücü çatmayacaq!

13.09.2024 16:05
717