Avropa İttifaqı Çin rəhbərliyinə siyahı verdi

Avropa İttifaqı Rusiyaya sanksiyalardan yayınmaqda kömək edən Çin şirkətlərinin siyahısını Pekin rəhbərliyinə təqdim edib.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı Avropa İttifaqı-Çin sammitində Aİ Şurasının rəhbəri Şarl Mişel sammitin yekunlarına dair Pekində Aİ missiyasının binasında keçirilən mətbuat konfransında açıqlayıb.

O, Çin rəhbərliyindən həmin şirkətlərlə bağlı tədbirlər görüləcəyini gözlədiklərini deyib: "Bizdə Rusiyaya qarşı sanksiyalardan yayınmağa kömək edən şirkətlərin siyahısı var. Çinlə bu məsələ ilə bağlı iş sammitdən kənarda da davam edir, biz Pekinin konkret addımlarına ümid edirik".

Musavat.com

07.12.2023 18:35
354