Avropa İttifaqı Azərbaycanı sammitinə dəvət edəcək

Avropa İttifaqı (Aİ) Azərbaycanı sammitinə dəvət edəcək.

Musavat.com xəbər verir ki, Avropa İttifaqı Azərbaycanı Çexiyanın paytaxtı Praqada keçiriləcək sammitinə dəvət etməyi planlaşdırır.

Məlumata görə, Aİ-nin sammitinə dəvət olunanlar arasında Norveç və İsveçrə ilə yanaşı, Gürcüstan, Ukrayna, Moldova və altı Balkan ölkəsi də daxil olmaqla, Aİ-yə üzvlük üçün müraciət edən daha 8 ölkə də var.

Avropa İttifaqı Şurası Prezidenti Şarl Mişel Aİ-nin Türkiyəni də sammitə dəvət etməli olduğunu vurğulayıb.

04.09.2022 17:42
839