Avropa bu sahədə də ABŞ və Çinə uduzur

Avropalı avtomobil istehsalçıları avtomobil istehsalının gələcəyi uğrunda qlobal yarışda Amerika və Çin rəqiblərinə uduzmaq riski ilə üzləşirlər.

Musavat.com xəbər verir ki, bu fikri Bloomberg agentliyi irəli sürüb.

Agentliyin analitikləri bunu Avropanın elektrik avtomobillərinin istehsalında hər iki rəqibindən geridə qalması ilə əsaslandırırlar. Bildirirlər ki, Volkswagen və Volvo da daxil olmaqla, avropalı avtomobil istehsalçıları istehsal etdikləri elektromobillərə tələbatın azalması səbəbindən istehsalı artırmaq və sonradan elektromobillərə tam keçidlə bağlı planlarına yenidən baxmağa məcbur olublar. Bloomberg-in nöqteyi-nəzərindən bunun iki səbəbi var. Birincisi, Avropa şirkətləri Tesla və Çin istehsalçıları ilə rəqabət aparmaq üçün əlverişli elektrik avtomobil modelləri hazırlaya bilməyiblər və hətta ənənəvi olaraq ucuz Fiat 500 avtomobilinin Avropa bazarı üçün elektrik versiyası təxminən 35 min avroya başa gəlir ki, bu da daxili yanma mühərrikli versiyadan iki dəfə bahadır. İkincisi, hökumətin dəstək proqramlarının kəsilməsi istehlakçıların Avropanın elektrik avtomobillərinə marağını daha da azaldıb.

Qeyd olunur ki, avropalı avtomobil istehsalçıları “Avropada qiymət rəqabətini getdikcə sürətlə itirir”, Çin isə “elektrik nəqliyyat vasitələri sahəsində üstünlüklərini artırmağa davam edir”.

 

Musavat.com

06.09.2024 22:24
331