Avropa Bankı Moskva birjasındakı payını satdı

Avropa Yenidənqurma və İnkişaf Bankı(EBRD) Moskva birjasındakı 5,3 faizlik payını “Softline” İT qrupuna satıb.

Musavat.com Forbes-ə istinadən xəbər verir ki, Rusiya hökumət komissiyası alqı-satqıya EBRD-nin payının bazar dəyərindən 60 faiz ucuza satılması, satış dəyərinin 20 faizinin “çıxış vergisi” kimi dövlətə ödənməsi şərtilə razılıq verib. Nəticədə, EBRD-nin Birjadakı dəyəri 22,8 milyard rubl təşkil edən payı cəmi 7,28 milyard rubla – indiki kursla 76,3 milyon dollara satılmış olur.

Qeyd edək ki, Rusiya EBRD-yə 1992-ci ildə qoşulub. 2014-cü ildə Krımın işğalına görə bank Rusiyadakı bütün investisiya layihələrini dayandırıb.

2022-ci ilin aprelindən isə Rusiyanın bankın resurslarına çıxışı tam dayandırılıb, EBRD-nin Moskvadakı ofisi bağlanıb. Mayda isə Bank Rusiyadan mümkün olan qədər qısa müddətdə tamamilə çıxacağını elan edib.

 

Musavat.com

23.10.2023 22:12
384