Avropa anbarlarına 104 milyard kubmetrə yaxın qaz yığıb

Sentyabrın 14-də Avropa İttifaqı ölkələrində yeraltı qaz anbarlarına 106 milyon kubmetr qaz vurulub, onlardan 76 milyon kubmetr qaz götürülüb.

Musavat.com "Gas Infrastructure Europe"nin (GIE) statistikasına istinadən xəbər verir ki, hazırda Avropanın anbarları 93,3 faiz doludur (son beş il ərzində bu tarix üçün orta göstəricidən 5,85 faiz bəndi yüksək), onlarda 103,37 milyard kubmetr qaz var.

Aİ elektrik enerjisi istehsalında külək enerjisinin payı sentyabrda 16 faizə yüksəlib.

Avqust ayında terminallardan Avropa qaz ötürmə sisteminə mayeləşdirilmiş təbii qazın ümumi daxilolmaları 2021-ci ilin oktyabrından bəri ən aşağı həddə düşüb, lakin sentyabr ayında yenidən artmağa başlayıb. Hazırda maye qazın yenidən qazlaşdırılması və onun Avropa boru kəmərlərinə vurulması gücü maksimumun 35 faizi ilə yüklənir. Avqustda Avropada qazın orta alış qiyməti 1 min kubmetr üçün 437 dollar təşkil edib, sentyabrda isə 416 dollara yaxındır.

Musavat.com

16.09.2024 18:33
225