Avrasiya İqtisadi Komissiyası(AİK) Çin mənşəli tökmə alüminium disklər üçün antidempinq idxal rüsumunun daha beş il müddətinə uzadılmasını məqsədəuyğun hesab edir.
Musavat.com xəbər verir ki, bu barədə AİK-in saytı məlumat yayıb.
Məlumatda qeyd olunur ki, AEK-in Daxili Bazarın Mühafizəsi Departamenti təkrar antidempinq araşdırmasının nəticələrinə əsasən tədbirin müddətinin uzadılmasının zəruri olduğu qənaətinə gəlib.
Xatırladaq ki, Çin istehsallı tökmə alüminium disklərə 33,69 faiz həcmində antidempinq rüsumu AEK-in 2019-cu ilin martında qəbul etdiyi qərarı ilə müəyyən edilib. Tədbirin müddəti bu il aprelin 27-də başa çatmalı idi, lakin təkrar istintaqın başlanması ilə əlaqədar 2024-cü il dekabrın 26-dək uzadılıb. Bu addımın təşəbbüskarları Rusiyanın Tökmə Mexanika Zavodu SKAD MMC, Azov-Tek MMC və Homen Wheels MMC, eləcə də Qazaxıstanın Vektor Pavlodar MMC olub: “Araşdırma zamanı əldə edilmiş məlumatların təhlili antidempinq tədbirinə xitam veriləcəyi təqdirdə Çindən malların dempinq idxalının davam etdirilməsi və iqtisadi sektora dəymiş ziyanın bərpası mümkünlüyü barədə nəticə çıxarmağa imkan verir”.
Musavat.com