Bu ilin iyun ayında Avrasiya İqtisadi İttifaqında (Aİİ) illik inflyasiya 8,1 faiz təşkil edib.
Musavat.com xəbər verir ki, bu barədə məlumatı İttifaqın statistika qurumu açıqlayıb. Məlumata əsasən may ayı ilə müqayisədə qiymətlər 0,6 faiz bahalaşıb.
Bildirilir ki, bu ilin əvvəlindən pullu xidmətlərin qiymətlərində əhəmiyyətli artım (6,0 faiz) müşahidə olunub. Bu dövrdə ərzaq məhsullarının qiymətləri 3,5 faiz, qeyri-ərzaq mallarının qiymətləri 2,4 faiz artıb.
Ərzaq, qeyri-ərzaq malları və xidmətlərin qiymət artımına görə ilk üçlüyə Rusiya, Qazaxıstan (hər iki ölkə üçün 2023-cü ilin dekabrından 3,9 faiz) və Belarus (+3,4%) daxildir. Qeyd olunan dövrdə ərzaq məhsullarının qiymətləri Rusiyada (3,8 faiz) və Belarusda (3,7 faiz) daha çox artıb, Ermənistanda isə (1,7 faiz) ucuzlaşıb. Qeyri-ərzaq məhsullarının ən çox bahalaşması Qırğızıstanda (4,5 faiz) və Qazaxıstanda (3,5 faiz), qiymətlərin ucuzlaşması ilə Ermənistanda (2,4 faiz), pullu xidmətlərin qiymətinin azalması ilə Qırğızıstanda (9,9 faiz) qeydə alınıb.
Musavat.com