Avraam Russonu qaçırmaqda şübhəli bilinən şəxs azadlığa buraxıldı

Rusiyada müğənni Avraam Russonun oğurlanması ilə bağlı məhkəmə prosesi təxirə salınıb.

Musavat.com-un məlumatına görə, şübhəli şəxs Vladimir Şestopalovun həbs qətimkan tədbirinin müddəti bitdiyi və vəkilinin məhkəməyə gəlmədiyi üçün azadlığa buraxılıb.

Şestopalov federal axtarışa verildikdən altı il sonra, sentyabrın əvvəlində həbs edilib. İşı üzrə digər təqsirləndirilən şəxslər artıq mühakimə olunub; Zaur Mərdanov yeddi il, Elyar Dəmirov beş il, Vladimir Qusakov isə altı il müddətinə azadlıqdan məhrum edilib.

Müğənni Avraam Russo, onu oğurlamaqda təqsirləndirilən Vladimir Şestopalova qarşı mənəvi ziyana görə 1 milyon rubl tələb edəcəyini açıqlayıb. Bu barədə müğənninin vəkili Andrey Alyoşkin məlumat verib. 

 

Musavat.com

25.10.2024 01:31
367