Fransada aviaşou zamanı qəza olub.
Musavat.com xəbər verir ki, şəxsi kolleksiyaya aid “Fuqa Magister” təyyarəsi Var departamentində, Le Lavandu yaxınlığında dənizə düşüb.
“Le Figaro”nun məlumatına görə, insident avqustun 16-da axşam saatlarında Provansa daxil olmanın 80-ci ildönümünə həsr olunmuş aviaşou zamanı baş verib.
Yerli liman administrasiyası təyyarənin qəzaya uğraması ilə bağlı məlumatı təsdiqləyib. Qeyd olunub ki, təyyarə ejektor oturacağı ilə təchiz olunmadığı üçün pilot təyyarəni tərk edə bilməyib.
Var departamentinin prefekturasından bildiriblər ki, aviaşou dayandırılıb və xilasedicilər dənizdə axtarışlara başlayıblar. Sosial şəbəkə istifadəçiləri təyyarənin tam sürətlə dənizə düşməsini əks etdirən videolar yayımlayıblar.
Nigar HƏSƏNLİ,
Musavat.com