Audiovizual Şura “ATV Plus”u cəzalandırdı

Multipleks operatoru olan “ATV Plus” MMC-nin retranslyasiya paketində buna hüquq verən sənəd olmadan xarici televiziya kanalının retranslyasiya olunması faktı aşkarlanıb.

Musavat.com xəbər verir ki, bununla bağlı Audiovizual Şura məlumat yayıb.

Bildirilib ki, oktyabrın 4-də Audiovizual Şura tərəfindən inzibati xəta haqqında protokol tərtib edilib və İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsinin tələbləri nəzərə alınaraq müvafiq məhkəməyə göndərilib.

09.10.2024 14:32
265