Atom elektrik stansiyasında YANĞIN - İki reaktor...

Fransanın qərbində yerləşən "Çinon" Atom Elektrik Stansiyasında (AES) iki reaktor yanğın səbəbindən bağlanıb.

Musavat.com xəbər verir ki, bu barədə Fransa Nüvə Təhlükəsizliyi Təşkilatının saytında məlumat verilib.

Yanğın üçüncü reaktorun transformatorunda, nəzarət edilən ərazidən kənarda baş verib.

Yanğın nəticəsində 3-cü reaktorun əsas xarici enerji təchizatının itirilməsi avtomatik bağlanmasına səbəb olub.

Məlumata görə, yanğın söndürüldükdən sonra üçüncü ilə ümumi drenaj sistemini paylaşan dördüncü reaktor istifadə edilmiş suyu toplamaq üçün müvəqqəti olaraq söndürülüb.

Qeyd edək ki, "Çinon" Atom Elektrik Stansiyasında dörd işləyən reaktor var, üç reaktor isə 1973-cü ildən 1990-cı ilə qədər bağlanıb. 2023-cü ildə AES 17,24 TVt/saat elektrik enerjisi istehsal edib ki, bu da ümumi istehsalın 5,4%-ni təşkil edir.

Musavat.com

10.02.2024 19:19
1299