Atla, itlə HƏRƏKƏTƏ keçənlər ona 175 il iş kəsmək istəyir – ŞOK DETALLAR

Dünyaya demokratiyadan, söz və fikir azadlığından dərs keçməyə çalışan Qərb söz azadlığına dözümsüz yanaşmasını açıq şəkildə nümayiş etdirməkdədir. Bunu “WikiLeaks”in qurucusu, yazdığı yazılara görə təqibə məruz qalaraq ABŞ-dan Böyük Britaniyaya qaçan, həqiqəti söylədiyi üçün həbsxana həyatı yaşayan Culian Assancın nümunəsində görməkdəyik.

ASSANC.jpg (93 KB)

Bir neçə il öncə jurnalistdən “xilas olmaq” üçün onu zəhərləməyi planlaşdıran ABŞ-ın xüsusi xidmət orqanları hələ ki, istəyinə çata bilməyib. Amerikanın bu “xilas” üsulunu isə “UC Global” mühafizə müəssisəsinin sabiq əməkdaşı Britaniyanın “The Guardian” nəşrinə açıqlayıb. ABŞ ssenarisində Assancın oğurluğu variantı da yer alıb.

Culian Assanc 2021-ci ilin dekabrında 2019-cu ildən həbsdə olduğu Böyük Britaniyanın paytaxtı Londonun Belmarş həbsxanasında insult keçirib. ABŞ-da davam edən məhkəmə çəkişmələrinin stressi Assancı ölümlə üz-üzə qoyub.

2017-ci ildən Culian Assanca qarşı “daha radikal tədbirlər” tətbiq etmək yolunda hərəkətə keçən ABŞ hazırda onun ekstradisiyasına çalışır.

ZEHER.jpg (112 KB)

Assancın tərəfdaşları isə Londonda Ali Məhkəmənin qarşısında ona dəstək aksiyası keçirib. Aksiyada Böyük Britaniya Jurnalistlər Milli Birliyinin keçmiş rəhbəri Tim Douson, həmçinin Leyboristlər Partiyasının keçmiş lideri Ceremi Korbin də iştirak edib.

3 gün əvvəl London Ali Məhkəməsi “Wikileaks” portalının qurucusu Culian Assancın işi ilə bağlı qərar verib. O, London Ali Məhkəməsində ABŞ-a ekstradisiyasına qarşı özünü müdafiə etmək hüququ qazanıb.

ilyas 1.jpg (33 KB)

Mövzuya münasibət bildirən politoloq İlyas Hüseynov Musavat.com-a deyib ki, “WikiLeaks”in qurucusu Culian Assancın saxlanılması birmənalı olaraq Qərb dünyasında söz azadlığının, demokratiya prinsiplərinin tapdanması kimi başa düşüldü:

“Qərbi dərindən tanımayan müxtəlif müşahidəçilər də bu prosesdə hansı radikal və aqressiv metodlardan istifadə olunmasının şahidi oldular.

Xatırlayırsınızsa, cənab Prezident Vətən müharibəsi zamanı dünyanın aparıcı media orqanlarına müsahibəsində qərəzli və müharibə kontekstindən kənar suallarla üzləşirdi. Məhz söz, fikir azadlığı ilə bağlı verilən suala cavabında Culian Assancla bağlı fikirlərini bölüşdü və bildirdi ki, sizin özünüzdə Assanc nümunəsində hansı proseslər gedir biz yaxşı bilirik. Biz bütün dünyada, müxtəlif coğrafiyalarda gedən repressiyaları, təqibləri, demokratiyanın tapdanmasını, nümayişlərin dağıdılmasında atlardan, itlərdən istifadə olunmasını çox yaxşı görürük. Dəyənəyin gücü ilə mətbuat azadlığının təqib olunması, ictimai fəal şəxslərin saxlanılması, onlara qarşı zorakılıq metodlarının tətbiqi baş verir, lakin bu da gizlədilir, tirajlanmır, işıq üzünə çıxmır. Özləri üçün uyğun demokratiyanı formalaşdırırlar. Lakin dünyanın digər bir hissəsinə demokratiya dərsi keçməyi, mətbuatda plüralizmə təşviqedici bəyanatları, şüarları görürük. İnsan hüquqlarını qoruyan qeyri-hökumət təşkilatları da yalnız müəyyən dairələrin, güc mərkəzlərinin maraqlarını təmin etmək üçün fəaliyyət göstərir. Bir sıra hallarda da təsir və rupor mexanizminə çevrilməkdədir. Dünyanın geosiyasi konyukturası bu cür qurulub və onun müəllifləri də okeanın o tayında yeni-yeni strategiyalar formalaşdırırlar.

Politoloq qeyd edib ki, Culian Assanc kifayət qədər məxfi, eləcə də əlçatmaz məlumatlara çıxış imkanı qazandı, ABŞ ordusunun Yaxın Şərqdə, o cümlədən Əfqanıstanda, Amerikanın əməliyyat keçirdiyi bütün bölgələrdə müharibə cinayətləri törətməsi faktını üzə çıxardı:

““WikiLeaks”in digər araşdırmaları da var idi, amma Assanc daha çox ABŞ ordusunun nüfuzuna xələl gətirmək maddəsi ilə ittiham olunur. Bundan sonra onun qəhrəmanlaşdırılması prosesi həyata keçirildi, onu mükafat atəşinə tutdular. 2010-cu ildə “Time” nəşri onu “ilin adamı” elan etdi. ABŞ-ın geosiyasi nüfuzuna zərbə vurmaq, ordusunu mənfi məcrada təqdim etmək istəyən bir şəxsə qarşı böyük kampaniya başladı və Assanc təqib olunmağa başladı. Qəhrəman Assanca müxtəlif ittihamlar irəli sürüldü, ardınca o, qaçmağa, gizlənməyə çalışdı. Assancın sonuncu saxlandığı yer Ekvadorun Londondakı səfirliyidir. 7 il orada yaşadı, sonra isə Londonda saxlanılaraq bugünkü ekstradisiya müzakirələrinə qədər məsələ qalxdı. Assancın psixoloji və sağlıq vəziyyəti də yerində deyil. Əgər Culian Assancın törətdiyi əməllər sübuta yetirilərsə, onu 175 il məhkum həyatı gözləyir”.

ASANCE.jpeg (140 KB)

Politoloqun sözlərinə görə, Culian Assanc ilə bağlı ekstradisiya əleyhinə çıxış edənlərin əsas məqsədi onun qorunmasıdır:

“Aksiyaçılar ehtimal edirlər ki, Assancın ABŞ-a göndərilməsi onun ölümü ilə nəticələnə bilər. Hətta bəzi şəxslər Navalnı nümunəsini çəkirlər. Xüsusilə Assancın həyat yoldaşı bunu keçirdiyi bütün görüşlərdə, nümayişlərdə, mitinqlərdə iştirakçılar qarşısında da uca səslə bildirir”.

EXTRA.jpg (313 KB)

İlyas Hüseynov hesab edir ki, ABŞ Assanc problemindən qurtula bilər:

“Aksiya iştirakçıları Amerikanın bu problemdən qurtulma səbəblərini, onun nəticələrini hiss etməkdədirlər. Düşünürəm ki, bu aksiyalar ekstradisiya prosesinə mane ola bilər. Əlbəttə, ABŞ və Böyük Britaniyanın siyasi iradəsi olarsa, bu ekstradisiya reallaşacaq. Amma Assancın müdafiəsinə yönəlik aksiyalar həm də müxtəlif mətləbləri üzə çıxarır. Assancın həyat yoldaşının, aksiyaya toplaşan, onun müdafiəsini təşkil edən şəxslərin əsas məqsədi Culian Assancın nəyə görə saxlanılmasını, hansı ittihamlarla günahlandırılmasını aydınlaşdırmağa və onun ekstradisiyasının qarşısının alınmasına yönəlib”.

Aytən Novruz
Musavat.com

23.02.2024 15:40
1873