"Türkiyə və BMT-nin vasitəçiliyi ilə həyata keçirilən “Taxıl Sazişi” çərçivəsində üçüncü dəfə taxıl daşıyan gəmilər Ukraynanın Çornomorsk limanından yola düşüb".
Musavat.com xəbər verir ki, bunu millət vəkili, ATƏT PA-nın İqtisadiyyat və Ətraf Mühit Komitəsinin sədri Azay Quliyev tvitter səhifəsində yazıb.
O, "ATƏT PA-nın İqtisadiyyat və Ətraf Mühit Komitəsinin sədri kimi, mən ərzaq təhlükəsizliyinin təşviqinə və qlobal ərzaq qıtlığının qarşısının alınmasına yönəlmiş bu diplomatik nailiyyəti yüksək qiymətləndirirəm" - deyə qeyd edib.
Musavat.com