ATƏT-in nümayəndələri Nərmin Abbaslı ilə görüşdü

Avqustun 27-də ATƏT DTİHB-in uzunmüddətli müşahidə missiyasının üzvləri cənab Stefan Ziqler və xanım Lena Ohre Arnaultun təşəbbüsü ilə 43 saylı Sumqayıt 2-ci seçki dairəsindən AĞ partiyasının namizədi Nərmin Abbaslı ilə görüş keçirilib.

Musavat.com xəbər verir ki, görüşdə təbliğat-təşviqat kampaniyası ilə bağlı məsələlər müzakirələr olunub və müşahidə missiyasının üzvlərini maraqlandıran bütün suallar cavablandırılıb.

Görüşün sonunda Nərmin Abbaslı ona və seçki kampaniyasına göstərdikləri diqqətə görə nümayəndə heyətinə təşəkkürünü bildirib.

28.08.2024 12:29
842