ATƏT-in fəaliyyətdə olan sədri Mirzoyanla görüşüb

ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmani Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla görüşüb.

APA xəbər verir ki, bu barədə Ermənistan XİN-in "Facebook" hesabında məlumat verilib.

Bildirilib ki, ATƏT sədrinin Ermənistana səfər çərçivəsində Buyar Osmani və Ararat Mirzoyan arasında təkbətək görüş keçirilir. Daha sonra geniş tərkibli görüşün keçiriləcəyi qeyd olunub.

 

13.04.2023 11:27
386