"Atəşkəs problemi əbədiləşdirəcək" - Blinken

HƏMAS-a qarşı zəfər qazanılmadıqca atəşkəs elan edilməsi sadəcə problemi əbədiləşdirəcək.

Axar.az xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Entoni Blinken deyib.

“HƏMAS var olduğu, təxribat qabiliyyətini itirmədiyi müddətcə və 7 oktyabr hücumlarını təkrarlamaq niyyətini bəyan etdiyi halda atəşkəsdən danışmaq sadəcə problemi əbədiləşdirər”, - deyə dövlət katibi bildirib.

10.12.2023 23:33
1182