Cəlilabad rayonunun Moranlı kəndində quyuya düşərək boğulan ata və qızının ölümü ilə bağlı yeni təfərrüat ortaya çıxıb.
Musavat.com Baku TV-yə istinadən xəbər verir ki, həmin gün 43 yaşlı Həsənağa Məmmədov qonşu kənddə qonaq olduğu üçün hadisədən vaxtında xəbər tuta bilməyib.
Ailənin iki övladı var idi: biri qız, biri oğlan. Nişanlı olan Nəsibə Məmmədovanın toyu payızda olacaqdı.
Ata və qızı Moranlı kənd qəbiristanlığında dəfn ediliblər.