Zaqatalada kişinin müəllimə işləyən bacısını öldürməsinin yeni detalları məlum olub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə qısqanclıq zəminində baş verib.
Atasının vəfatının 25-ci ildönümü mərasimi ilə bağlı Natavan Əhmədova valideyninin evinə gəlib, burada Nurlan Əsgərov qonaqların gözləri qarşısında bacısını güllələyib.
Məlum olub ki, hadisəni törədən N.Əsgərov narkotik istifadəçisidir. Onun üzərində məhkumluq var və elektron qolbaq daşıyır.
Qeyd edilib ki, N.Əsgərov əvvəllər də məhkumluq həyatı yaşayıb.
***
Zaqatalada baş verən dəhşətli qətlin bəzi təfərrüatları məlum olub.
İlkin araşdırma zamanı məlum olub ki, hadisə Natavan Əhmədovanın ata yurdunda baş verib. Belə ki, həmin gün bacı-qardaş və yaxın qohumlar mərhumun atası Mövlud kişinin il mərasiminə toplaşıblar. Mərasimdə hələ ki, məlum olmayan səbəbdən 35 yaşlı Nurlan Mövlud oğlu Əsgərov bacısı 44 yaşlı Natavan Əhmədovaya odlu silahdan atəş açıb. Hadisə zamanı ağır bədən xəsarətləri alan Natavan Əhmədova Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılarkən yolda dünyasını dəyişib. (APA)