Atanı 4 yaşlı uşağın gözü qarşısında döyüblər - İdmançıların həbsi ilə bağlı yeni DETALLAR

Azərbaycan MMA və Qrapplinq Federasiyasının baş məşqçisi Ruslan Əfəndiyev və tələbələri Tofiq Musayev, Xəzər Rüstəmov, Vüqar Kərəmov, Mehman Məmmədov və Rüfət Əsədov idmançı Həsən Əzizovu döyməsinin yeni təfərrüatları məlum olub.

Musavat.com xəbər verir ki, Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə "Rizin" Döyüş Federasiyasının paytaxtda təşkil etdiyi turnirlə bağlı təşkil olunan şou mərasimi zamanı yaranıb.

Belə ki, br qrup idmançı arasında dava düşüb və nəticədə adıçəkilən şəxslər digər idmançı Həsən Əzizovu 4 yaşlı uşağının gözü önündə döyüblər, sonradan onu paltar dəyişmə otağına apararaq onun idman kariyerasını sonlandırmaq üçün onun şəxsiyyətini alçatmaq istəyiblər. Əsas səbəb H.Əzizovun idman yarışına xaricdən idmançı dəvət etməsi olub. Onlar qrup halında köməksiz vəziyyətdə H.Əzizovdan bu sahədən çəkilməsini tələb ediblər, əks təqdirdə onu daha ağır hadisələr gözləyir.

Bu əmələ görə cinayəti törədənlərdən 4 nəfər həbs edilib, 2 nəfər barəsində polisin nəzarətinə vermə qətimkan tədbiri seçilib.

02.02.2024 00:53
2636