“Atam Azərbaycana gəlmədi, evsiz qaldıq”

Aktrisa Pərvin Abıyeva uşaqlıq illərini atasız keçirdiyini açıqlayıb.

Musavat.com bizim.media-ya istinadən bildirir ki, bu haqda Pərvin qonaq olduğu "Həftənin qonağı" verilişinə müsahibəsində deyib.

Abıyeva bildirib ki, valideyni uzun illər Rusiyada yaşayıb. Lakin illər sonra atası geri qayıtdığında xanımı (Pərvinin anası - red.) onu qəbul etməyib:

"Mən atamdan ayrılanda 7-ci sinifdə oxuyurdum. Atamın olmadığı illər bizim ən çətin dövrümüz olub. Atam Rusiyada yaşayırdı və bu səbəbdən 7 il Azərbaycana gəlmədi. Ayrılma səbəblərindən ən böyüyü də bu idi. Həm ata, həm də anamın qohumları anamı "yox" sayırdılar. Evsiz, pulsuz qaldıq. Amma bunlara görə mən nə atamı, nə də ki, anamı günahlandırıram. Atamın geri qayıtmamasının səbəbi isə orada başına xoş olmayan işlərin gəlməsi oldu. Atam heç zaman anama xəyanət etməyib. Başqa və daha böyük problemlər idi. O qayıdıb gələndə isə anam onu qəbul etmədi".

05.06.2024 12:27
1292