ATACMS raketləri ilə Rusiyaya hücumun yeni DETALLARI

ABŞ-ın Ukraynaya Rusiya ərazisindəki strateji hədəflərə ATACMS raketləri ilə zərbələr endirmək icazəsi verdiyi vaxt Ukrayna Silahlı Qüvvələrinin cəmi 50 belə raketə malik olduğu bildirilib.

Musavat.com xəbər verir ki, bu barədə "The Times" nəşri məlumat yayıb. 

Nəşr qeyd edir ki, Ukrayna kifayət qədər buraxılış qurğularına sahib olsa da, raketlərin sayı məhduddur və bu səbəbdən onların istifadəsi diqqətlə planlaşdırılmalıdır.

Xatırladaq ki, Ukrayna ilk dəfə Amerika istehsalı olan ATACMS raketlərindən istifadə edərək Rusiyanın ərazisinə zərbə endirib. Hədəf Bryansk vilayətində yerləşən bir silah anbarı olub.

Reuters” agentliyinin Pentaqondakı mənbələrə istinadən verdiyi məlumata görə, Rusiya ərazisinə gecə hücumu zamanı 8 ATACMS taktiki ballistik raketi atılıb. Rusiyanın hava hücumundan müdafiə sistemi bu raketlərdən yalnız ikisini zərərsizləşdirə bilib.

Eyni zamanda, agentlik Rusiyanın rəsmi açıqlamasına da diqqət çəkib. Rusiya tərəfi iddia edib ki, Ukrayna 6 raket buraxıb və bunlardan 5-i hava hücumundan müdafiə sistemi ilə vurulub. Rəsmi Moskvanın məlumatına əsasən, yalnız bir raket hədəfə çatıb.

photo_2024-11-20_07-38-04.jpg (68 KB)

 Musavat.com
20.11.2024 07:50
1682