Ata yeni doğulan körpəsini zibilxanadan tapdı

Rusiyanın Leninqrad vilayətində qadın küçədə əkiz uşaq dünyaya gətirib.

Hadisə Lomonosovski rayonu, Nizino kəndində baş verib. Kənd sakini 30 yaşlı qadın hamiləliyin 34-cü həftəsində vaxtından əvvəl küçə tualetində əkiz uşaq dünyaya gətirib.

Ata körpələrdən birini zibilxanada tapıb, uşağı xilas etmək mümkün olmayıb.

Ana və yeni doğulan ikinci körpə xəstəxanaya yerləşdirilib. Araşdırma aparılır./Lent.az

13.02.2025 11:17
611