Pakistanda bir ata qızının təhlükəsizliyini təmin etmək üçün qeyri-adi bir üsula əl atıb.
Qızının başına təhlükəsizlik kamerası yerləşdirərək onun hər hərəkətini izləyən ata bu davranışı ilə sosial mediada gündəm olub.
Gənc qız vəziyyəti qəbul etdiyini və atasının məqsədinin onu qorumaq olduğunu bildirib. Onun sözlərinə görə, ailəsi Karaçidə bir qadının öldürülməsindən sonra bu tədbiri görüb. Bənzər təhlükə ilə üzləşə biləcəklərini düşünən ailə təhlükəsizlik baxımından bu üsulu zəruri hesab ediblər.
Bu hadisə bəzi cəmiyyətlərdə qadınların təhlükəsizliyi ilə bağlı narahatlığı və bunun nəticəsində həddindən artıq qoruyucu davranışı ortaya qoyur.
Məsələ həmçinin şəxsi azadlıq və məxfilik haqqında mübahisələri də artırır. (Publika.az)