At sevgisinə görə boşandı: "Ərimdən daha çox sevirdim"

İngiltərənin Linkolnşir şəhərində yaşayan 39 yaşlı qadın at sevgisinə görə ərindən boşanıb.

İkinci əri Nik və üç yaşlı oğlu Edvardla Linkolnşirdə yaşayan 39 yaşlı Emi Holand at sevgisi ilə insanları təəccübləndirir.

İlk ərinin 2016-cı ildə ona "Ya mən, ya da at " təklifini verdiyini bildirən Emi tərəddüd etmədən boşanmaq qərarına gəldiyini bildirib. Atının ona kişi qədər emosional dəstək verdiyini vurğulayan Emi atlara olan sevgisini bu cümlələrlə ifadə edib:

"Mən beş yaşımdan at sürmüşəm, ilk ponimi on yaşımda almışam və birinci ərimlə tanış olanda atım var idi, lakin o, 2006-cı ildə vəfat edib və səkkiz ildən sonra Jasmine aldım. O mənim çətin anlarımda xilaskarım olub"./Milli.Az

26.10.2024 21:54
747