Astarada GÜLLƏLƏNMƏ - Bir nəfər öldü ( YENİLƏNİB 2 )

TƏBİB Astarada baş vermiş güllələnmə hadisəsi ilə bağlı məlumat yayıb.

Musavat.com xəbər verir ki, məlumatda bildirilir:

"29.06.2024-cü il tarixində saat 23:00 radələrində Astara rayon Şüvi kəndində baş vermiş güllələnmə hadisəsi ilə bağlı 1 nəfər (kişi cinsli) şəxs siffətin dağılmış-didilmiş yarası ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasıqnın təcili yardım şöbəsinə hospitalizasiya olunub.

Yaralıya zəruri ilkin tibbi xidmətlər göstərilib, xəsarət alanın müalicəsi cərrahiyyə şöbəsində davam etdirilir."

***

00:00

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, iyunun 29-da saat 22 radələrində Astara rayonunun Şüvi kənd sakini 1967-ci il təvəllüdlü Namik Əhədovun ov silahı ilə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Şəxsi münasibətlər zəminində cinayəti törətməkdə şübhəli bilinən həmkəndlisi 1983-cü il təvəllüdlü Bəşir İsrafilov daha sonra həmin ov silahı ilə özünə xəsarət yetirib. O, xəstəxanaya çatdırılıb.

Araşdırma aparılır.

***

23:22

Astarada güllələnmə nəticəsində bir nəfər ölüb.

APA - nın cənub bürosunun verdiyi məlumata görə Astara rayon Şüvi kənd sakini 1983-cü il təvəllüdlü Bəşir Əli oğlu İsrafilov həmkəndlisini güllələyərək qətlə yetirib.

Sonra o özünü öldürmək məqsədilə baş nahiyyəsindən atəş açıb. B.İsrafilov ağır vəziyyətdə Lənkəran rayon mərkəzi xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır qiymətləndirir.

Faktla bağlı araşdırma aparılır.

30.06.2024 00:34
1569